ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Yunanıstanın “Asteras Tripolis” komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.
Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.
Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.