AZ

Peskovun təyyarəsi PUA hücumuna görə havaya qalxa bilmədi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya liderinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə iki saat ərzində Moskvadan Sankt-Peterburqa qalxa bilməyib. 

Viral.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Ukrayna pilotsuz təyyarələri olub.

Belə ki, Leninqrad vilayəti Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb və bu səbəbdən “Xalça” planı tətbiq olunub. Nəticədə onlar təyyarədə bir neçə saat gözləyiblər.

Son Yazılar:

Peskov və Dyumin Rusiya Prezidenti Vladimir Putinlə birgə hərbi dəniz təlimləri üçün Sankt-Peterburqa getməli idi.

 

 

 


Seçilən
119
44
viral.az

10Mənbələr