AZ

Peterburqa PUA hücumu: Peskovun təyyarəsi gecikdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Vladimir Putinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına tətbiq edilən “Xalça” planına görə bir neçə saat gecikib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin jurnalisti Aleksandr Yunaşev deyib.

Onun sözlərinə görə, Peskov və Dyumin Sankt-Peterburqda Hərbi Dəniz Günü təlimlərində iştirak etməli idilər. Moskva vaxtı ilə saat 9:30-a (Bakı vaxtı ilə 10:30) planlaşdırılan uçuş Ukraynanın PUA hücumu səbəbindən təxirə salınıb.

Uçuş yalnız 2 saatdan sonra bərpa olunub.

Seçilən
118
1
axar.az

10Mənbələr