AZ

“Terrorsuz Türkiyə” parlament komissiyasının işinə başlayacağı tarix açıqlanıb

“Terrorsuz Türkiyə” parlament komissiyası avqustun əvvəlində fəaliyyətə başlayacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

Onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq.

Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək.

Komissiya həftədə azı 4 dəfə yığışacaq.

Seçilən
69
8
xezerxeber.az

10Mənbələr