AZ

“Terrorsuz Türkiyə” parlament komissiyası bu tarixdə işinə başlayacaq

“Terrorsuz Türkiyə” parlament komissiyası avqustun əvvəlində fəaliyyətə başlayacaq.

Publika.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş açıqlayıb.

Onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq. Komissiya həftədə azı 4 dəfə yığışacaq.

Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək.

Seçilən
71
8
publika.az

10Mənbələr