AZ

Basketbol millimiz Dünya Seriyasının qalibi oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.

Bizim.Media xəbər verir ki, həlledici oyunda komandamız Latviyanı 15:12 hesabı ilə məğlub edib.
 

Ratomir Deliçin baş məşqçisi olduğu yığma qrupda keçirdiyi matçlarda Çexiyaya 20:12 və Slovakiyaya 21:8 hesabı ilə qalib gəlib. Son oyundakı qələbə sayəsində basketbolçularımız qrup lideri kimi 1/4 finala yüksəliblər.


Azərbaycan komandası daha sonra Çin millisinə 18:12 və yarımfinalda "CS Rapid" komandasına 21:15 hesabları ilə qalib gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
83
6
bizim.media

9Mənbələr