AZ

Azərbaycan basketbol millisi Sumqayıt mərhələsinin qalibi olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda finalda Latviya seçməsinə 15:12 hesabı ilə qalib gələrək çempion ünvanına yiyələnib.

Mərhələnin ən dəyərli oyunçusu (MVP) millimizin üzvü A.Mollenhauer seçilib.

Qeyd edək ki, 1/4 finalda Çini üstələyən yığma (18:12), yarımfinalda Rumıniya təmsilçisi “Rapid” (21:15) üzərində qələbə qazanıb. Komandamız qrup mərhələsində Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.

Seçilən
91
4
90deqiqe.az

9Mənbələr