AZ

“Neftçi”nin oyunu ləğv olundu

“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün keçirməli olduğu yoxlama görüşü ləğv olunub.


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” Yunanıstanın “Asteras Tripoli” klubu ilə qarşılaşmalı idi. Lakin güclü leysan səbəbindən matç baş tutmayıb.

Qeyd edək ki, Kieltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan oyun Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi.

Seçilən
74
6
manset.az

10Mənbələr