AZ

Leysana görə “Neftçi”nin oyunu ləğv olundu

“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün keçirməli olduğu yoxlama görüşü ləğv olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” Yunanıstanın “Asteras Tripoli” klubu ilə qarşılaşmalı idi. Lakin güclü leysan səbəbindən matç baş tutmayıb.

Qeyd edək ki, Kieltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan oyun Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi.

"Cebheinfo.az"

Seçilən
79
6
cebheinfo.az

10Mənbələr