AZ

Qazaxıstanda itkin düşən helikopterlə bağlı YENİ TƏFƏRRÜATLAR

İyulun 25-də itən Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus "EC-145" helikopterinin göyərtəsində olanların hamısının tapılması üçün Sorbulak su anbarı ərazisində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. İşlər gücləndirilmiş və gecə-gündüz iş rejimində aparılır.

Publika.az "Zakon"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatda 400-ə yaxın insan, 70-dən çox yerüstü texnika, 21 su gəmisi, 10 PUA, əks-səda aparatları, sualtı skaner avadanlığı və it bölmələri iştirak edir.

"Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi-Hava Qüvvələrinin komandanı, aviasiya general-mayoru Askar Qadylshieviç İzbasov hadisə yerində cavabdehdir. O, iştirak edən bütün bölmələrin hərəkətlərini əlaqələndirir", - nazirliyin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, su ərazisinin və sahilboyu zonanın, o cümlədən çətin əldə edilən və dərinlikdə olan ərazilərin kompleks tədqiqi aparılır.

Seçilən
51
2
publika.az

4Mənbələr