AZ

Qazaxıstanda itən helikopterlə bağlı açıqlama...

İyulun 25-də itən "EC-145" helikopterinin göyərtəsində olanların tapılması üçün Sorbulak su anbarı ərazisində gücləndirilmiş və gecə-gündüz iş rejimində axtarış-xilasetmə əməliyyatı aparılır. aparılır.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatda 400-ə yaxın insan, 70-dən çox yerüstü texnika, 21 su gəmisi, 10 PUA, əks-səda aparatları, sualtı skaner avadanlığı və it bölmələri iştirak edir.

Nazirlikdən verilən məlumata görə, su ərazisinin və sahilboyu zonanın, o cümlədən çətin əldə edilən və dərinlikdə olan ərazilərin kompleks tədqiqi aparılır.

İtkin düşmüş şəxslərin yaxınları ilə daimi məqsədyönlü iş təşkil olunub, əməliyyatın gedişi barədə operativ şəkildə məlumatlandırılırlar.

Seçilən
48
2
axar.az

4Mənbələr