AZ

Yevlaxda qətl alışqan vermədiyi üçün öldürüldü

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 27-də saat axşam saatlarında Yevlax şəhərində şəxsi münasibətlər zəminində qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə 1962-ci il təvəllüdlü İlham Məmmədiyyə oğlu Mirzəyev, həmyerlisi 1978-ci il təvəllüdlü Habil Kərim oğlu Kərimova bıçaq xəsarəti yetirib. O, aldığı xəsarətlərdən ölüb. 

Polis cinayəti törətməkdə şübhəli olan İ.Mirzəyəvi saxlayaraq istintaqa təhvil verib. 

Məlumata görə, həmin şəxslər sərxoş vəziyyətdə olublar və biri o birindən siqaret yandırmaq üçün alışqan istəyib. Alışqanı vermədiyinə görə biri o birini öldürüb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
5
news.milli.az

10Mənbələr