AZ

Yevlaxda sərxoş kişi həmyerlisini bıçaqlayaraq qətlə yetirdi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə ölümlə nəticələnib.

Oxu.Az xəbər verir ki, 1962-ci il təvəllüdlü İlham Məmmədiyyə oğlu Mirzəyev 1978-ci il təvəllüdlü həmyerlisi Habil Kərim oğlu Kərimovu bıçaqlayıb.

Aldığı xəsarətlər nəticəsində Habil Kərimov həyatını itirib.

Qətli törətməkdə şübhəli bilinən İlham Mirzəyev Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Məlumata görə, hadisə baş verən zaman şübhəli şəxs sərxoş vəziyyətdə olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
1
oxu.az

10Mənbələr