AZ

Tiflisdə rus bayrağı yandırıldı

Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər.
ONN media xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi otelin qarşısında təxribat törədiblər.
Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində "Bu gün atəşfəşanlıqdır, sabah isə "Qrad"lar olacaq" yazılmış plakat açıblar.
Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb.
Hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Seçilən
8
2
onn.az

9Mənbələr