Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Leah Gutierrezi Mərkəzi və Qərbi AsiyaRegional Departamentinin Baş direktoru təyin edib.
Trend xəbərverir ki, o, AİB-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan,Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə,Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə iləəməkdaşlığına rəhbərlik edəcək.
Gutierrez 25 ili AİB-də olmaqla ümumilikdə 40 ildən çox peşəkartəcrübəyə malikdir. O, bu təyinata qədər AİB-in maliyyə, insankapitalı və sosial inkişaf, dövlət idarəetməsi və idarəçiliksahələrini əhatə edən Sektorlar üzrə 3-cü Departamentin Başdirektoru, həmçinin AİB-in Sakit Okean Regional Departamentininkeçmiş Baş direktoru olub. Xanım Gutierrez AİB-in Strategiya,Siyasət və Tərəfdaşlıqlar Departamenti, Cənub-Şərqi Asiya RegionalDepartamenti və Katiblik Ofisində də yüksək vəzifələrdəçalışıb.