AZ

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinə yeni baş direktor təyin edilib

BAKI, TurkicWorld

Asiya İnkişaf Bankı (AİB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.

TurkicWorld xəbər verir ki, o, AİB-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.

Gutierrez 25 ili AİB-də olmaqla ümumilikdə 40 ildən çox peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər AİB-in maliyyə, insan kapitalı və sosial inkişaf, dövlət idarəetməsi və idarəçilik sahələrini əhatə edən Sektorlar üzrə 3-cü Departamentin Baş direktoru, həmçinin AİB-in Sakit Okean Regional Departamentinin keçmiş Baş direktoru olub. Xanım Gutierrez AİB-in Strategiya, Siyasət və Tərəfdaşlıqlar Departamenti, Cənub-Şərqi Asiya Regional Departamenti və Katiblik Ofisində də yüksək vəzifələrdə çalışıb.

Seçilən
48
3
turkic.world

4Mənbələr