AZ

Millimizin oyunçusu Türkiyə klubundan göndərildi

"Çorum" (Türkiyə) Azərbaycan millisinin üzvü Coşqun Diniyevlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

I Liqa təmsilçisi Coşquna təşəkkür edib və karyerasında uğurlar arzulayıb.

Coşqun Diniyev bu ilin fevralından "Çorum"da oynayırdı.

Seçilən
171
22
sportinfo.az

10Mənbələr