İyulun 28-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov “İki sahil”ə bildirib ki, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov olub.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.