İyulun 28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb.
Həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir görülüb.