AZ

Yevlaxda həmkəndlilərin mübahisəsi qətllə nəticələnib 

Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub...

Yevlax rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Poliqon.info

Seçilən
50
17
poliqon.info

10Mənbələr