AZ

Yevlaxda 63 yaşlı kişini qətlə yetirən şəxs tutulub

İyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Seçilən
52
17
ikisahil.az

10Mənbələr