AZ

Azərbaycanda Komplayens Assosiasiyası yaradıldı (FOTO)

Bakı. Trend:

Azərbaycanın hüquqi və biznes mühitində yeni təşəbbüs — hüquqi,etik və tənzimləyici normalara uyğunluğun təşviqi məqsədilə,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 10 iyul2025-ci il tarixində “Komplayens Assosiasiyası” İctimai Birliyidövlət qeydiyyatına alınıb.

Assosiasiyanın əsas məqsədi komplayens sahəsində qabaqcıltəcrübələrin tətbiqini təşviq etmək, müxtəlif sektorlar üzrə etikidarəetmə və risklərin effektiv şəkildə idarə olunması və peşəkarkadr potensialının artırılması üçün komplayens mədəniyyətinininkişaf etdirilməsinə dəstək verməkdir. Assosiasiya, biznessubyektlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğunfəaliyyətini dəstəkləməyə yönələn mexanizmlər hazırlamaqla yanaşı,milli qanunvericilik ilə beynəlxalq standartlar arasında körpüyaratmağı, qanunvericilik tələblərinin tətbiqində praktikiyanaşmaların müəyyən edilməsinə dəstək göstərməyi, dövlət və özəlsektor subyektlərinin fəaliyyətində risk funksiyasınınstrukturlaşdırılması və effektiv tətbiqi üçün metodoloji vəinstitusional dəstək verməyi, həmçinin tədqiqat və normativtəşəbbüslərlə çıxış etməyi və komplayens sahəsində tərəfdaşlıqəlaqələrini gücləndirərək geniş komplayens icmasını formalaşdırmağıözünə hədəf kimi müəyyən etmişdir.

Assosiasiya komplayens sahəsi üzrə böyük təcrübəsi və peşəkarbacarıqları ilə tanınan mütəxəssislər Kamal Abdullayev, AlmazMusayeva və Leyla Səlimzadə tərəfindən yaradılıb.

Kamal Abdullayev “Kapital Bank” ASC-də Baş Komplayensİnzibatçısı və İdarə Heyətinin üzvüdür. Beynəlxalq hüquq üzrətəhsili ilə yanaşı, hüquqi təminat, risklərin idarə edilməsi,komplayens, strateji və korporativ idarəetmə sahələrində 20 ildənartıq qeyri-maliyyə və bank sahəsindəki təcrübəyə sahibdir. Onunpeşəkar yanaşması və sistemli idarəetmə bacarığı Assosiasiyanınstrateji istiqamətlərinə önəmli dəyər qatır.

Leyla Səlimzadə “Rabitə Bank” ASC-nin Komplayens departamentinidirektoru vəzifəsində çalışır. Onun bank sahəsində dərin təcrübəsiilə yanaşı, komplayens sahəsində beynəlxalq təlimçi kimifəaliyyəti, komplayens sahəsində ixtisaslı mütəxəssislərininkişafında mühüm rol oynamışdır. Assosiasiyanın təsisçisi olmaqlayanaşı, icraçı direktoru kimi fəaliyyətdə də yaxından iştirakı,Assosiasiyanın operativ fəaliyyətində mühüm rol oynayır.

Assosiyasiyanın İdarə Heyəti iqtisadiyyatın müxtəlif sahələrindəgeniş təcrübəyə, strateji baxışa, peşəkar qərarverməyə əsaslananheyətdən formalaşdırılıb:

Aytac Qasımova — “Pasha Holding” MMC-də Qrup üzrə Hüquq vəKomplayens departamentinin Direktoru vəzifəsində çalışır. O, əməkfəaliyyəti ilə yanaşı, hüquq sisteminin inkişafında müxtəlifpeşəkar tədbirlərin təşkili və dəstəklənməsində fəal iştirak edir.Eyni zamanda, gənc hüquqşünasların yetişdirilməsində və bilikmübadiləsinin təşfiqində xüsusi rola sahibdir. İqtisadiyyatınşaxələndirilməsi istiqamətində hüquq sisteminin inkişafına verdiyitöhfə və dərin təcrübəsi Assosiasiyanın normativ strukturununformalaşmasında böyük rol oynayır.

Xəyalə Nağıyeva — ”Azerbaijan Green Energy Company” MMC-də BaşMaliyyə Inzibatçısı və İdarə Heyətinin üzvüdür. Onun hazırkifəaliyyəti enerji sahəsində dayanıqlı investisiyalarınformalaşdırılması və inkişafına yönəlib. Eyni zamanda, yerlikorporativ bankçılıq və birbaşa investisiyalar sahəsindəkikorporativ risklər üzrə təcrübəsi onu Assosiasiyada korporatividarəetmə və beynəlxalq risk standartlarının tətbiqində aparıcıekspertlərdən birinə çevirir.

Nuran Kərimov — Deloitte Azərbaycanda İdarəedici Partnyor olaraqfəaliyyət göstərir. O, həm beynəlxalq, həm də Azərbaycandakışirkətlərə və fiziki şəxslərə müxtəlif vergi və əlaqədar biznesməsələləri ilə bağlı məsləhət xidmətləri sahəsində çoxilliktəcrübəyə malikdir. Azərbaycandakı şirkətlər üçün beynəlxalqkorporativ strukturlar və xarici çoxmillətli təşkilatlarınAzərbaycandakı şirkətlərə investisiya qoyuluşlarınınstrukturlaşdırılması daxil olmaqla, korporativ strukturlarıntəkmilləşdirilməsi ilə bağlı çoxlu sayda layihələrdə iştiraketmişdir. O, yerli və beynəlxalq səviyyədə qurulmuş peşəkarəlaqələri və strateji tərəfdaşlıqları vasitəsilə Assosiasiyanıntanıdılmasında mühüm rol oynayır.

Niyaz İsmayılov — “PAŞA Sığorta” ASC-nin İdarə Heyətininsədridir. Bank və sığorta sahəsində dərin təcrübəsi ilə yanaşı,maliyyə bazarları üzrə iqtisadi prosesləri təhlil etmək bacarığı,strateji qərarların formalaşmasında və institusional inkişafınistiqamətləndirilməsində mühüm rol oynayır. O, Assosiasiyanıntəşkilati dayanıqlığını gücləndirən əsas fiqurlardan biridir.

Almaz Musayeva — “Kapital Bank” ASC-də KomplayensDepartamentinin Direktoru və eyni zamanda “ACAMS EuroasiaChapter”in İdarə Heyətinin qurucu üzvüdür. Beynəlxalq komplayensplatformalarında təmsilçiliyi və peşəkar töhfəsi Assosiasiyanınqlobal təcrübəyə inteqrasiyası baxımından xüsusi əhəmiyyətdaşıyır.

“Komplayens Assosiasiyası” İctimai Birliyi komplayens sahəsindəgüclü ekosistemin qurulması yolunda fəaliyyəti ilə bağlı yaxınzamanda ictimaiyyətə açıq tədbirlər, təlimlər və maarifləndiricilayihələrlə çıxış etməyi planlaşdırır.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Seçilən
73
1
az.trend.az

10Mənbələr