AZ

Azərbaycanda Komplayens Assosiasiyası yaradılıb

Azərbaycanın hüquqi və biznes mühitində yeni təşəbbüs — hüquqi, etik və tənzimləyici normalara uyğunluğun təşviqi məqsədilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 10 iyul 2025-ci il tarixində “Komplayens Assosiasiyası” İctimai Birliyi dövlət qeydiyyatına alınıb.

Assosiasiyanın əsas məqsədi komplayens sahəsində qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək, müxtəlif sektorlar üzrə etik idarəetmə və risklərin effektiv şəkildə idarə olunması və peşəkar kadr potensialının artırılması üçün komplayens mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Assosiasiya biznes subyektlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun fəaliyyətini dəstəkləməyə yönələn mexanizmlər hazırlamaqla yanaşı, milli qanunvericilik ilə beynəlxalq standartlar arasında körpü yaratmağı, qanunvericilik tələblərinin tətbiqində praktiki yanaşmaların müəyyən edilməsinə dəstək göstərməyi, dövlət və özəl sektor subyektlərinin fəaliyyətində risk funksiyasının strukturlaşdırılması və effektiv tətbiqi üçün metodoloji və institusional dəstək verməyi, həmçinin tədqiqat və normativ təşəbbüslərlə çıxış etməyi və komplayens sahəsində tərəfdaşlıq əlaqələrini gücləndirərək geniş komplayens icmasını formalaşdırmağı özünə hədəf kimi müəyyən edib.

Assosiasiya Kamal Abdullayev, Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən yaradılıb.

Kamal Abdullayev “Kapital Bank” ASC-də Baş Komplayens İnzibatçısı və İdarə Heyətinin üzvüdür. Beynəlxalq hüquq üzrə təhsili ilə yanaşı, hüquqi təminat, risklərin idarə edilməsi, komplayens, strateji və korporativ idarəetmə sahələrində 20 ildən artıq qeyri-maliyyə və bank sahəsindəki təcrübəyə sahibdir.

Leyla Səlimzadə “Rabitə Bank” ASC-nin Komplayens departamentini direktoru vəzifəsində çalışır.

Assosiyasiyanın İdarə Heyəti aşağıdakı heyətdən formalaşdırılıb:

Aytac Qasımova — “Pasha Holding” MMC-də Qrup üzrə Hüquq və Komplayens departamentinin Direktoru vəzifəsində çalışır.

Xəyalə Nağıyeva — ”Azerbaijan Green Energy Company” MMC-də Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvüdür.

Nuran Kərimov — Deloitte Azərbaycanda İdarəedici Partnyor olaraq fəaliyyət göstərir.

Niyaz İsmayılov — “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

Almaz Musayeva — “Kapital Bank” ASC-də Komplayens Departamentinin Direktoru və eyni zamanda “ACAMS Euroasia Chapter”in İdarə Heyətinin qurucu üzvüdür.

“Komplayens Assosiasiyası” İctimai Birliyi komplayens sahəsində güclü ekosistemin qurulması yolunda fəaliyyəti ilə bağlı yaxın zamanda ictimaiyyətə açıq tədbirlər, təlimlər və maarifləndirici layihələrlə çıxış etməyi planlaşdırır.

MənbəAPA
Seçilən
70
1
banker.az

10Mənbələr