“Bayer”in futbolçusu Qranit Caka “Sanderlend”ə transfer olunur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi transferə razılıq verib.
İsveçrəli yarımmüdafiəçiyə bu gün İngiltərəyə uçmağa icazə verilib. O, keçid prosedurlarını tamamlamaq üçün “Sanderlend”in düşərgəsinə qoşulacaq.
32 yaşlı futbolçu İngiltərə klubu 4 illik müqavilə imzalayacaq. Transferin məbləği isə 20 milyon avro olaraq müəyyənləşdirilib.