AZ

Cavad Kərimkoşte öldürüldü

İranın Zahidan şəhərinin Şirabad bölgəsində yarıhərbi radikal "Bəsic" qüvvələrinin komandiri Cavad Kərimkoşte qətlə yetirilib.

Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Qüds Regional Qərargahı məlumat yayıb.

Hadisə "terror aktı" kimi qiymətləndirilib.

Cavad Kərimkoştenin İmam Hadi məscidində "ibadət edənlərin təhlükəsizliyini təmin etmək" missiyası zamanı öldürüldüyü bildirilib.

Seçilən
22
1
publika.az

8Mənbələr