İranın Zahidan şəhərinin Şirabad bölgəsində yarıhərbi radikal "Bəsic" qüvvələrinin komandiri Cavad Kərimkoştenin qətlə yetirildiy açıqlayıb.
Ölkə.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Qüds Regional Qərargahı məlumat yayıb.
Məlumatda hadisə "terror aktı" kimi qiymətləndirilib. Bildirilir ki, Cavad Kərimkoşte İmam Hadi məscidində "ibadət edənlərin təhlükəsizliyini təmin etmək" missiyası zamanı öldürülüb.