Pep Qvardiola "Mançester Siti" ilə müqaviləsinin müddəti bitəndən sonra bir müddət futbolla vidalaşacaq.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis bu barədə özü açıqlama verib. O, baş məşqçilikdən 15 ilə kimi uzaqlaşa biləcəyini söyləyib:
"Klubla müqaviləm başa çatandan sonra nə qədər müddətə dayanacağımı bilmirəm. Bu bir il də ola bilər, iki, üç, beş, on, on beş il də. Lakin "Mançester Siti"dən sonra baş məşqçilikdən uzaqlaşacam".
O, "Barselona"ya mümkün qayıdışı barədə suala belə cavab verib: "Bu məsələ həmişəlik bağlanıb. Gözəl vaxtlar idi, lakin artıq bitib".
Qeyd edək ki, P.Qvardiolanın "şəhərlilər" ilə müqaviləsinin müddəti 2027-ci ildə yekunlaşacaq.