Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Lissabon "Sportinq"inin yarımmüdafiəçisi və kapitanı Morten Hyulmand karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Yuventus" maraqlıdır.
Portuqaliya klubu 26 yaşlı danimarkalı futbolçu üçün "qoca sinyora"dan 60 milyon avro tələb edir. Lakin qarşı tərəf milli üzvünü əlavə bonuslar da daxil olmaqla 40 milyon avroya almaq niyyətindədir.
Qeyd edək ki, 2023-cü ildən "Sportinq"də top qovan Hyulmand paytaxt komandasının heyətində 58 matça çıxaraq 5 qol vurub.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.