AZ

Niderland İsrailin iki nazirini "arzuolunmaz şəxs" elan edib

Niderland hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və İsrailin maliyyə naziri Bezalel Smotrix "arzuolunmaz şəxslər" elan edərək, onlara krallığa girişi qadağan edib.

Trend-in məlumatına görə, bu barədə "NOS" telekanalı Niderland xarici işlər naziri Kaspar Veldkampın parlamentə məktubuna istinadən xəbər verib.

Sənəddə deyilib ki, Smotriç və Ben-Qvir “Fələstin əhalisinə qarşı zorakılığın qızışdırılmasına dəfələrlə töhfə veriblər”.

Niderlandın hər iki nazirin Şengen SIS məlumat bazasına da “Şengen zonasına girişi arzuolunmaz olan xarici vətəndaşlar” kimi daxil edilməsini təmin etmək niyyətində olduğu qeyd edilib.
Seçilən
6
4
sherg.az

7Mənbələr