AZ

Bu ölkə İsrailin iki nazirini “persona non qrata” elan etdi

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Niderland İsrail Nazirlər Kabinetinin iki üzvünü, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və İsrailin maliyyə naziri Bezalel Smotriçi “persona non qrata” elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə NOS telekanalı ölkənin xarici işlər naziri Kaspar Veldkampın parlamentə məktubuna istinadla məlumat yayıb.

Məktubda qeyd edilir ki, Ben-Qvir və Smotriç dəfələrlə Fələstin əhalisinə qarşı zorakılığın qızışdırılmasına töhfə veriblər, İordan çayının qərb sahilində yəhudi məskənlərinin genişləndirilməsini müdafiə ediblər və Qəzza zolağında etnik təmizləmə aparmağa çağırıblar

Sənədə əsasən, İsrailli nazirlərin krallığa girişi qadağan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
yeniavaz.com

7Mənbələr