AZ

Dünya çempionu Qətərin 2 ci liqa klubuna keçdi

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bavariya”nın "Atletik"in sabiq futbolçusu Xavi Martinesin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərin 2-ci liqa təmsilçisi “Əl-Biddə”yə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ildən "Qətər" klubunda oynayan futbolçu yeni komandasına azad agent statusunda keçib.

Qeyd edək ki, Xavi Martines 2006-2012-ci illərdə "Atletik"də, 2012-2021-ci illərdə isə "Bavariya"da çıxış edib.

İspaniyanın əsas millisində də oynamış futbolçu bu komanda ilə dünya (2010) və Avropa çempionu (2012) adını qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
5
qol.az

6Mənbələr