AZ

Dünya çempionu ikinci liqa klubuna KEÇDİ

“Bayern” və “Atletik”in sabiq futbolçusu Xavi Martinesin yeni klubu bəlli olub.

Bizim.Media xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərin 2-ci liqa təmsilçisi “Əl-Biddə”yə transfer olunub.

2021-ci ildən “Qətər” klubunda oynayan futbolçu yeni komandasına azad agent statusunda keçib.

Qeyd edək ki, Xavi Martines 2006-2012-ci illərdə “Atletik”də, 2012-2021-ci illərdə isə “Bayern”də çıxış edib. İspaniyanın əsas millisində də oynamış futbolçu dünya (2010) və Avropa çempionu (2012) adını qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
10
5
bizim.media

6Mənbələr