AZ

Dənizdə daha 2 nəfər boğuldu: biri azyaşlıdır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.

Onların meyiti sudan çıxarılıb.

Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
18
globalinfo.az

10Mənbələr