AZ

Pirşağı çimərliyində daha 2 nəfər boğuldu - Biri azyaşlıdır

Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.
 
Dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.
 
Onların meyiti sudan çıxarılıb.
 
Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.  (Qafqazinfo)
Seçilən
31
18
moderator.az

10Mənbələr