Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və digər qurumlar tərəfindən yollar, yol kənarları, su hövzələri və bəzi yaşayış məntəqələri mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin hələ də minalarla çirklənmiş geniş və təhlükəli ərazilər mövcuddur.
Demokrat.az-ın xəbərinə görə, ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov Teleqraf-a açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə işləri bərpa prosesi ilə paralel şəkildə aparılır. Hazırda mərhələli şəkildə soydaşlarımız doğma yurdlarına köçürülür. Qarabağ azad edildikdən sonra bölgədə beynəlxalq hava limanları, müasir avtomobil və dəmir yolları inşa olunub, kənd və şəhərlər yenidən qurulub. Bu səbəbdən ölkənin müxtəlif bölgələrindən on minlərlə insan Qarabağa axın edir və artıq minlərlə keçmiş məcburi köçkün öz doğma evinə qayıdıb.
6Mənbələr
-
qaziler.az"Hər yerə mina basdırılıb" - ANAMA-dan XƏBƏRDARLIQ ( 19830350)
-
olaylar.azANAMA-dan xəbərdarlıq: “Hər yerə mina basdırılıb” ( 19824833)
-
demokrat.azANAMA-dan xəbərdarlıq: “Hər yerə mina basdırılıb” ( 19823888)
-
globalinfo.azANAMA dan xəbərdarlıq: Hər yerə mina basdırılıb ( 19822103)
-
publika.azANAMA-dan xəbərdarlıq: Təhlükəsizlik qaydalarına riayət edin ( 19820231)
-
teleqraf.comANAMA-dan xəbərdarlıq: Hər yerə mina basdırılıb - Təhlükəsizlik qaydalarına əməl edin ( 19819580)