AZ

Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb — RƏSMİ

Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Report"a bağın Mətbuat Xidmətindən məlumat verilib.

"Bağın ərazisinə təcili tibbi yardım avtomobili daxil olmayıb. Yayılan xəbər tərəfimizdən araşdırılır".

Mətbuat xidmətindən bildirilib ki, bağın ərazisi mütəmadi olaraq dərmanlanır.

Qeyd edək ki, mediada bağın ərazisində yeddi yaşlı uşağı ilan sancdığı barədə məlumatlar dərc olunub.

TƏBİB-dən bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Seçilən
43
15
demokrat.az

10Mənbələr