AZ

Mərkəzi Nəbatat Bağına təcili yardım daxil olmayıb – Rəsmi

Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb.

Olaylar.az bildirir ki, bu barədə "Report"a bağın Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bağın ərazisinə təcili tibbi yardım avtomobili daxil olmayıb, yayılan xəbər araşdırılır.

Həmçinin bildirilib ki, bağın ərazisi mütəmadi olaraq dərmanlanır.

Xatırladaq ki, mediada bağın ərazisində yeddi yaşlı uşağı ilan sancdığı barədə məlumatlar dərc olunub.

TƏBİB-dən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub:

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
15
olaylar.az

10Mənbələr