AZ

Azərbaycanda ilk dəfə olaraq görüntülü ünsiyyətə əsaslanan onlayn surdotərcümə xidməti istifadəyə verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitqməhdudiyyətli şəxslərə dəstək məqsədi daşıyan daha bir inklüzivlayihəni gerçəkləşdirib. Nazirliyin tabeliyində Dövlət Tibbi-SosialEkspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizdə ilk dəfəolaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülüünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətiistifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərininüçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsinitəmin edərək, həmin şəxslərlə işarət dili bilməyən tərəflərarasında “virtual körpü” funksiyasını yerinə yetirir.

Xidmətin mahiyyəti belədir: vətəndaş videozəng və ya mesajvasitəsilə operatorla əlaqə saxlayır, operator tərcüməçifunksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə uyğun üçüncütərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlaynkommunikasiyanı yaradır.

Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə vatsapvə ya Teleqram platforması vasitəsilə müraciət etmək olar.

Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla,həftənin 6 günü saat 9:00-dan 16:00-dək yararlana bilərlər.

Surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərəmüxtəlif istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgünvə rahat şəkildə çatdırmaq imkanı yaradır.

Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitqməhdudiyyəti olan şəxslərlə cəmiyyətin digər üzvləri arasındasosial ünsiyyət maneələrinin aradan qaldırılması, informasiyamübadiləsinin təmin edilməsi məqsədi daşıyır.

Seçilən
26
6
az.trend.az

8Mənbələr