AZ

   Ölkəmizdə ilk dəfə olaraq görüntülü ünsiyyətə əsaslanan onlayn surdotərcümə xidməti istifadəyə verildi

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyətli

şəxslərə dəstək məqsədi daşıyan daha bir inklüziv layihəni gerçəkləşdirib.

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya

Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli

şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan "Səsiniz olaq" adlı onlayn

surdotərcümə xidməti istifadəyə verilib.

Bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü

tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edərək, həmin şəxslərlə

işarət dili bilməyən tərəflər arasında "virtual körpü" funksiyasını

yerinə yetirir.

Belə ki, vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə

saxlayır. Operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə

uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn

kommunikasiyanı yaradır.

Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə

"Whatsapp" və ya "Telegram" platforması vasitəsilə müraciət

etmək olar.

Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla, həftənin  6 günü (bazar ertəsi - şənbə) saat 9:00-dan

16:00-dək yararlana bilərlər.

Surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif

istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə

çatdırmaq imkanı yaradır.

Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan

şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan

qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır. 

Seçilən
22
5
azerbaijan-news.az

8Mənbələr