AZ

Bu qidalar ömrü uzadır

Avstraliyada aparılan bir araşdırma nəticəsində flavonoid molekulları baxımından zəngin olan müxtəlif qidaları istehlak edən insanlarda uzunömürlülük potensialının daha yüksək olduğu məlum olub. Bu qidalar arasında çay, meşə meyvələri, bitter şokolad və alma qeyd olunub.

Axşam.az xəbər verir ki, sağlam və uzun ömür üçün düzgün qidalanma olduqca vacibdir. Alimlər qidalanmada flavonoid müxtəlifliyinin uzun ömürlə əlaqəli olduğunu bildirirlər. Avstraliyada aparılan yeni bir araşdırma göstərib ki, flavonoidlə zəngin olan çay, meşə meyvələri, bitter şokolad və alma kimi qidalar xərçəng, tip 2 şəkərli diabet və Parkinson kimi nevroloji xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azalda bilər. 

Araşdırmanın nəticələrinə əsasən, flavonoidlə zəngin müxtəlif qidalarla qidalanan şəxslərdə ciddi sağlamlıq problemlərinin yaranma riski daha az, uzunömürlülük potensialı isə daha yüksək ola bilər. Tədqiqat göstərib ki, tək bir mənbədən deyil, fərqli flavonoid mənbələrindən qida qəbul etmək sağlamlıq problemlərini azaltmaq baxımından daha təsirli ola bilər.

Seçilən
3
3
demokrat.az

4Mənbələr