AZ

Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək

Mədəniyyət Nazirliyi tərəfindən 2025-ci il üzrə elan olunmuş qrant müsabiqələri ilə bağlı açıq infosessiya keçiriləcək.

Nazirlikdən Demokrat.az-a bildirilib ki, infosessiya iyulun 31-də saat 16.00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (ünvan: Xətai rayonu, Mehdi Mehdizadə 33, Simurq plaza, 8-ci mərtəbə) təşkil olunacaq.

İnfosessiya çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri və Müsabiqə Komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumatlar veriləcək. İnfosessiyada müsabiqə ilə maraqlanan qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edə bilər.

Seçilən
24
5
demokrat.az

8Mənbələr