AZ

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı artıb

Bakı.Trend:

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya SənayeParkında hazırda investisiya portfeli 6 milyard manatdan çox olan39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardanda artıq 28-i fəaliyyət göstərir.

Trend agentliyə istinadənxəbər verir ki, sahibkarlar tərəfindən görülən işlərə bugünədək5,56 milyard manat investisiya yatırılıb, 6300-dən artıq daimi işyeri yaradılıb.

2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla SumqayıtKimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14,37milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 5,17milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin Iyarısında Sənaye Parkında 1,14 milyard manatlıq məhsul satışıolunub ki, bunun da 544,8 milyon manatlıq hissəsi ixrac edilib.Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac təqribən 20%-ə yaxınartıb.

Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimerboruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlifçeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s.məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növməhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan”brendi adı altında ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıqfəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.Belə ki, burada sahibkarlar dövlət vəsaiti hesabına hazırinfrastrukturla təmin olunurlar. Həmçinin Parkın rezidentləriqeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak,torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilətexnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanıƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Parkınrezidentlərinə indiyədək 912 ədəd təsdiqedici sənəd verilib ki,bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqlarınidxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaətediblər.

Seçilən
53
15
az.trend.az

10Mənbələr