AZ

“Sabah” – “Petrokub”: neçə bilet satılıb?

Konfrans Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – “Petrokub” (Moldova) oyununa bilet satışı davam edir.

Futbolpress.az xəbər verir ki, görüş üçün artıq 5 000 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bank Respublika Arena”da keçiriləcək görüşə saat 20:00-da start veriləcək. “Sabah” ilk oyunda səfərdə qələbə qazanıb – 2:0.

Seçilən
52
2
futbolpress.az

10Mənbələr