AZ

"Sabah" - "Petrokub" oyununa satılan biletlərin sayı

"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”a (Moldova) qarşı keçirəcəyi ev oyununa satılan biletlərin sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Görüşə artıq 5000 bilet satılıb.

Xatırladaq ki, "Sabah" ilk oyunda 2:0 hesablı qələbə qazanıb. Cavab matçı iyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq və saat 20.00-da start götürəcək.

Seçilən
52
3
football-plus.az

10Mənbələr