Demokrat.az xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 44 ailə olmaqla 166 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Cəbrayıla qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Doğma yurda qovuşan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
10Mənbələr
-
viral.azNövbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı ( 19858652)
-
xezerxeber.azCəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olunubYENİLƏNİB ( 19858538)
-
bizim.mediaCəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO ( 19858676)
-
azertag.azCəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB ( 19858316)
-
redaktor.azNövbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı - Böyük Qayıdış ( 19858274)
-
sia.azNövbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb ( 19858013)
-
demokrat.azNövbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı ( 19857545)
-
news365.azNövbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı ( 19857245)
-
azerbaijan-news.azBöyük Qayıdış: Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb ( 19856123)
-
azertag.azBöyük Qayıdış: Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb ( 19855559)