Dövlət Agentliyindən Demokrat.az-a bildirilib ki, quruma daxil olmuş məlumatlar əsasında elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçılarından olan “Baku Electronics” MMC və “ABC Telecom” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb.
Araşdırma nəticəsində “Baku Electronics” MMC tərəfindən “YOSHİRO” əmtəə nişanlı televizorların, “ABC Telecom” MMC tərəfindən isə “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə müştəriləri çaşdıran məlumatlardan və həmin məhsulların mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (nişandan) istifadə nəticəsində müştəriləri çaşdırmaqla haqsız rəqabətə yol verməsi əlamətləri müəyyən edilib. Həmçinin “YOSHİRO” əmtəə nişanlı televizorların reklamında həmin əmtəə barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri də aşkar olunub.
Qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hər iki təsərrüfat subyekti barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Hazırda işlərə baxılma prosesi davam edir və nəticələri barədə əlavə məlumat veriləcəkdir.
10Mənbələr
-
sfera.azDövlət Agentliyi iki tanınmış şirkət barəsində iş qaldırıb ( 19861667)
-
ucnoqta.az“Baku Electronics” müştəriləri çaşdıraraq yanlış məlmatlar verib - barəsində iş qaldırıldı ( 19861160)
-
Ajans.az"Baku Electronics" barəsində iş qaldırıldı ( 19860644)
-
yenisabah.az“Baku Electronics” barəsində iş qaldırıldı ( 19860611)
-
demokrat.az“Baku Electronics” və “ABC Telecom” haqqında rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırılıb ( 19860548)
-
avtosfer.az"Baku Electronics"barəsində iş qaldırıldı ( 19860473)
-
vergiler.azRəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb ( 19860410)
-
unikal.az"Baku Electronics" barəsində iş qaldırıldı ( 19859813)
-
publika.az“Baku Electronics”dən qanunsuzluq - Haqqında iş qaldırıldı ( 19859018)
-
teleqraf.com“Baku Electronics” və “ABC Telecom” haqqında rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıldı ( 19858844)