AZ

"Qarabağ" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) cavab oyununa çıxır.

QOL.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir və saat 20:00-da başlayıb. Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir. 

Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. 

Cütün qalibi 3-cü mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

"Qarabağ" - "Şelburn" duelinin məğlubu isə Avropa Liqasının 3-cü mərhələsində "HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubuna rəqib olacaq.

30 iyul
 
20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) - 1:0 (Birinci hissə)

Tofiq Bəhramov adına Respublika stadionu.

Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina

VAR: Daniele Doveri

AVAR: Daniele Paterna

(Hakimlər briqadası İtaliyadandır)

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 3:0.

Seçilən
33
3
teleqraf.com

9Mənbələr