Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) cavab oyununa çıxır.
QOL.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir və saat 20:00-da başlayıb. Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.
Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb.
Cütün qalibi 3-cü mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
"Qarabağ" - "Şelburn" duelinin məğlubu isə Avropa Liqasının 3-cü mərhələsində "HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubuna rəqib olacaq.
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) - 1:0 (Fasilə)
Qol: Con Martin, 44-avtoqol
Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 3:0.