Samux sakinini ilan sancıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1990-cu il təvəllüdlü Ş.Qafarova həyatyanı sahəsində işləyərkən onu ilan sancıb.
Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Tural Əhmədov