Samuxda qadını ilan sancıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köbər kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1990-cu il təvəllüdlü Ş. Qafarova həyətyanı sahələrində işləyərkən onu ilan sancıb.
Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir.